"Hələ ki, boşluqdan başqa heç nə hiss etmirəm".

Bunu Dünya Kubokunun qalibi olan Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

32 yaşlı qrossmeyster qələbəni necə qeyd edəcəyini bilmədiyini bildirib: "Hər halda 15-16 yaşımda Harri Kasparovu məğlub etdiyim görüşdən sonra qeyd etməyimdən fərqli bir şey etməyəcəyəm".

Rəcəbov onun üçün hər iki uğur arasında heç bir fərq olmadığını sözlərinə əlavə edib: "Kasparovla görüş bir oyundan ibarət olsa belə, indiki qələbə ilə müqayisə olunur. Dünya Kuboku bir turnir idi".

Qeyd edək ki, Teymur Rəcəbov Dünya Kubokunun finalıda çinli Dinq Lireni məğlub edib - 6:4.